Azərbaycan Respublikası Mərkəzi Bankının prezidenti Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yinmin Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdiklərini bildirib.
Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun açıqlamasına görə, görüş zamanı ölkəmizin makroiqtisadi vəziyyəti və inkişaf meyilləri, rəqəmsal texnologiyaların və yaşıl maliyyələşmənin təşviqi məsələləri geniş müzakirə edilib.
Taleh Kazımov bildirib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş prioritetlər barədə də fikir mübadiləsi aparılıb.
Mərkəzi Bankın prezidenti qeyd edib ki, AİB ilə texniki yardım layihələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı imkanları da müzakirə edilib.
Taleh Kazımovun sözlərinə görə, görüşün nəticəsi olaraq qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılacaq.