Bakıdan dünyaya maliyyə taksonomiyalarında qlobal əlaqəliliyin genişləndirilməsini və iqlim fəaliyyətinə kapitalın səmərəli şəkildə səfərbər olunmasını təşviq etməyə xidmət edəcək mühüm bir mesaj çatdırmış olduq.
GDP xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankı, COP29 çərçivəsində Dayanıqlı Maliyyə Taksonomiyalarının Qarşılıqlı Əlaqəliliyi və Müqayisəliliyinin İnkişafına dair Yol Xəritəsinin təqdim edilməsi ilə bağlı fikirlərini bölüşərkən, Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov deyib:
“COP29-da Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə təşkil etdiyimiz tədbirdə beynəlxalq tərəfdaşlarımızla bir araya gələrək qlobal əhəmiyyətli təşəbbüs olan “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”ni təqdim etdik. Bununla da Bakıdan dünyaya maliyyə taksonomiyalarında qlobal əlaqəliliyin genişləndirilməsini və iqlim fəaliyyətinə kapitalın səmərəli şəkildə səfərbər olunmasını təşviq etməyə xidmət edəcək mühüm bir mesaj çatdırmış olduq.”