Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının yaradılmasına dair mühüm sənəd imzalanıb.
GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov öz rəsmi sosial şəbəkə hesabında bildirilib ki, imzalanan memorandum qurumlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.
Sənəd təşkilata üzv ölkələrin mərkəzi (milli) bankları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, memorandum çərçivəsində müxtəlif sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqi nəzərdə tutulur.