Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin maliyyə bazarına transmissiyasının səviyyəsi barədə açıqlama verib.
GDP-nin məlumatına görə. T.Kazımov bildirib ki, transmissiyanın səviyyəsi, hətta çox az da olsa, sevindiricidir. AMB sədri qısa müddət ərzində bu təsirlərin müşahidə edilməsini böyük nailiyyət kimi qiymətləndirib.
“Hədəfimiz uçot dərəcəmizin depozitlərə və birbaşa kreditlərə təsiridir. Amma bunun üçün vaxt lazımdır”, – deyə T.Kazımov vurğulayıb.