Mərkəzi Bank rəhbəri Taleh Kazımov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəsmiləri ilə bir araya gəlib.
GDP xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.
“AMB-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), eləcə də Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxsləri ilə görüşdük, Holdinqin və onun müəssisə portfelinin korporativ idarəetmə icmalının nəticələri ətrafında fikir mübadiləsi apardıq, həmçinin maliyyə bazarlarının inkişaf tendensiyalarını, investisiyaların təşviqini dəstəkləyən mühüm təşəbbüsləri və mümkün əməkdaşlıq perspektivlərini müzakirə etdik”, – deyə o qeyd edib.