Biz, dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar da daxil olmaqla bütün tərəfdaşlarımızla taksonomiya üzrə keçirdiyimiz məsləhətləşmələri yekunlaşdırmışıq. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.
“Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanıb. Artıq layihə hökumətə təqdim olunub. İqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanıb. Bu təlimatlar vasitəsilə ekoloji, sosial və idarəetmə amillərinin bankların strategiyalarına və idarəetmə çərçivələrinə inteqrasiya edilməsiüzrə tövsiyələri müəyyənləşdirmişik”, – deyə sədr əlavə edib.

