1800-ə yaxın namizəd arasından seçilmiş 33 təcrübəçinin Mərkəzi Bankda 2 ay boyunca davam edən maraqlı və həyəcanlı səyahəti başa çatıb.
GDP xəbər verir ki, tədbir zamanı təcrübəçilərimiz daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıb. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırılıblar.
Məzun günü təcrübəçilər üçün daha bir məqamla yadda qalıb. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirə qatılaraq iştirakçılara ən səmimi arzularını çatdırıb. Sədr təcrübəçiləri maraqlandıran sualları da cavabsız qoymadı. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səslənib.
Ən çox oxunan
- Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard manat olacaq
- Maliyyə Nazirliyi: 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit qalacaq
- 2025-ci ildə Azərbaycanın qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat olacaq
- Azərbaycan neftinin ixrac qiyməti 2025-ci il üçün 70,0 ABŞ dolları götürülüb
- Türkiyə istiqrazlarına tələbat yoxdur. Türkiyədə faizlər uzun müddət yüksək qalacağı üçün 200%-lik əmsal xəzinəyə təzyiqi artırır bu da investorların marağını istiqrazlara azaldır.
- ABŞ konqresmenləri Ağ Evi Rusiyadan helium idxalına sanksiyalara çağırıb
- ABŞ-da pərakəndə satışlar proqnozları üstələyərək 0,1% artıb
- Brentin qiyməti stabilləşib