Azərbaycan Mərkəzi Bankının yaradılmasının 33-cü ildönümü qeyd olunur.
GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov Mərkəzi Bankın yaradılmasının növbəti ildönümü ilə bağlı fikirlərini bölüşərkən, qurumun 33 illik fəaliyyəti ərzində ölkənin pul-kredit siyasətinin həyata keçirilməsində, maliyyə sektorunun tənzimlənməsində və makroiqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, ötən dövrdə Mərkəzi Bank ölkənin iqtisadi inkişafına və maliyyə sisteminin dayanıqlılığının artırılmasına əhəmiyyətli töhfə verib.
Bu əlamətdar gün münasibətilə Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının kollektivini və maliyyə sektorunda çalışan bütün həmkarları təbrik edib.