Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov PASHA Holding tərəfindən təşkil edilən “Dayanıqlı maliyyə” mövzusunda keçirilən tədbirdə iştirak etdiyini və bu təşəbbüsdən məmnunluq duyduğunu bildirib.
GDP-nin xəbərinə görə, Mərkəzi Bank rəhbəri qeyd edib ki, tədbir ölkənin inkişafına mühüm töhfə verəcək dayanıqlı maliyyə sahəsindəki önəmli məsələlərin müzakirəsi və maliyyə və biznes sektoru arasında ikitərəfli dialoqun gücləndirilməsi baxımından effektiv bir platforma olub.
Taleh Kazımov tədbirdə maliyyə sektorunun tənzimləyicisi kimi Mərkəzi Bank tərəfindən sektorun dayanıqlı maliyyəyə transformasiyası istiqamətində həyata keçirilən fəaliyyətlərdən, eləcə də dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasında Yaşıl taksonomiyanın və Mərkəzi Bankın digər tənzimləyici təşəbbüslərinin əhəmiyyətindən danışdığını bildirib.