Taleh Kazımov, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak edib.
GDP xəbər verir ki, bu barədə rəsmi sosial şəbəkə hesabında Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov yazıb.
BVF-nin icraçı direktorunun müavini Bo Li-nin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində atılan addımlar müzakirə olunub. Kazımov, çıxışında BVF və digər beynəlxalq maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti və qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması üçün təklif olunan dəstək imkanlarının önəmini vurğulayıb.
O, həmçinin maliyyə bazarlarının dayanıqlı inkişafının təmin edilməsinin vacibliyini qeyd edib.