Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Əl-Ula şəhərində keçirilən konfrans çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humud ilə görüş keçirib.
“Görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik”, – deyə Taleh Kazımov qeyd edib.
Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sosial şəbəkə hesabında paylaşılıb.