Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, İslam İnkişaf Bankının (IsDB) prezidenti Muhammad Al Jasser ilə görüşərək, İslam maliyyəsi və Sukuk emissiyası sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
GDP xəbər verir ki, görüşdə Dr. Al Jasser, İslam İnkişaf Bankının Azərbaycanın İslam maliyyəsi çərçivəsini daha da gücləndirmək və texniki dəstək potensialını artımasını bir daha vurğulayıb. O, Azərbaycanın İslam İnkişaf Bankının Sukuk-larına etdiyi investisiyaları yüksək qiymətləndirib və bu ilin Sukuk emissiyalarında Azərbaycanın iştirakını davam etdirməsinin önəmini qeyd edib.
Görüşdə tərəflər arasında İslam maliyyəsinin inkişafı və regional iqtisadiyyatın gücləndirilməsi sahəsində daha dərin əməkdaşlıq perspektivləri gündəmə gəlib.