Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov, ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
GDP xəbər verir ki,görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq bildirilib və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyinə əminlik vurğulanıb.
Danışıqlar zamanı hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, habelə maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib. Bu istiqamətlərdəki birgə fəaliyyətin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib.



