Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.
GDP xəbər verir ki, görüş zamanı İbrahim Məmmədzadə üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və qalibin gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib.
Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib.