“Dünya Bankı (DB)və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarının keçirildiyi ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərimiz başlayıb. Səfər çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassani ilə görüşdük”
GDP xəbər verir ki, bunu “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov yazıb.
O qeyd edib ki, görüş zamanı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri və əhatə olunacaq strateji istiqamətləri müzakirə edilib: “Görüşdə həmçinin DB tərəfindən həyata keçirilən layihələrin ölkəmizin inkişaf prioritetləri və planlarının reallaşdırılmasına verdiyi mühüm töhfəni vurğuladıq. Mərkəzi Bank və DB arasında əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışdıq”.