Çinin “Bright Gold” tankeri Tehranla razılaşdırılmış təhlükəsiz koridorla, İran sahilləri boyu hərəkət edərək Hörmüz boğazını uğurla keçib.
GDP xəbər verir ki, “Bloomberg”in məlumatına görə, gəmi Keşm və Larak adaları arasında manevr edərək Çin Xalq Respublikasına aid olduğu barədə siqnal ötürüb.
Eyni marşrutdan Hindistanın iki qazdaşıyan gəmisi — 92,6 min tondan çox mayeləşdirilmiş qaz daşıyan “Jag Vasant” və “Pine Gas” da istifadə edib. Gəmilərin keçidi Dehlinin təhlükəsizlik zəmanəti ilə bağlı İranla birbaşa razılığa gəlməsindən sonra mümkün olub.

