Tesla-nın bazar dəyəri 1,4 trilyon dollara yüksələrək dünyanın 40 ən iri avtomobil istehsalçısının ümumi dəyərini geridə qoyub.
GDP xəbər verir ki, bu, elektrik avtomobillərinin populyarlığının artması və Tesla-nın bazardakı dominant mövqeyi ilə əlaqələndirilir.
Müqayisə üçün qeyd edək ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazandığı ərəfədə Tesla-nın bazar dəyəri cəmi 770 milyon dollar idi. Hazırda şirkət elektrik avtomobil sənayesində lider mövqeyini qorumaqla yanaşı, dünya miqyasında avtomobil istehsalçıları arasında ən yüksək bazar dəyərinə malikdir.
Tesla-nın sürətli inkişafı və uğurlu strategiyası şirkətin qiymətləndirilməsinə mühüm təsir göstərib və onu avtomobil sənayesində inqilabi dəyişikliklərin simvoluna çevirib.