Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib.
GDP xəbər verir ki, Əliyevin sözlərinə görə, Mərkəzi Bank tərəfindən istehlakçıların hüquqlarının qorunması və maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə geniş maarifləndirmə proqramları həyata keçirilib.
“Bu istiqamətdə ‘Maliyyə institutlarının bazar davranışlarına dair tələblər’ layihəsi hazırlanıb. İstehlakçıların şikayətlərinin effektiv həlli və maliyyə məhsullarının keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılır,” – deyə AMB rəsmisi qeyd edib.
Əliyev vurğulayıb ki, bazar davranışlarının tənzimlənməsi məsələləri cari ildə xüsusi prioritet təşkil edəcək.