Bank olmayan kredit təşkilatları haqqında qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələrək risk menecment ilə bağlı Mərkəzi Bankın tələblərində də yenilənmələr dəyişikliklər gözlənilir.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib.
Baş direktorun sözlərinə görə buməqsədlə bank olmayan kredit təşkilatlarında potensial tənzimləmə qaydalarımız və yenilənməsi üzərində iş aparılıb. “Eyni zamanda kredit təşkilatlarında kredit risklərinin idarə olunması üzrə yeni qaydalar layihəmiz hazırlanıb. Sözügedən sənədlər həm amfa, həm bank olmayan kredit təşkilatları sektoru ilə müzakirə edilmiş, rəy və təkliflər əldə olunmuşdur və bu yaxınlarda həmin sənədlərin qəbul edilməsi gözlənilir,”-deyə qeyd edib.
Toğrul Əliyev əlavə edib ki,eyni zamanda, bayaq qeyd etdiyim kimi, bank olmayan kredit təşkilatlarının, mikromaliyyə təşkilatlarının institual potensialının gücləndirilməsi bizim əsas hədəflərimizdən birini təşkil edir.