Mikromaliyyə sahəsində sektorda fəaliyyət göstərən institulara maliyyə xidmətləri göstərmək və onların rəqabət qabiliyyətliliyini artırmaq imkanlarının yaradılması nəzərdə tutulub.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib.
O bildirib ki, strtegiya çərçivəsində olan təşəbbüslərin tərkibində qabaqcıl beynəlxalq praktika əsasında yeni mikromaliyyə modelinin formalaşdırılması, bununla da bu sektorda fəaliyyət göstərən institulara maliyyə xidmətləri göstərmək və onların rəqabət qabiliyyətliliyini artırmaq imkanlarının yaradılması nəzərdə tutulub.
Onun sözlərinə görə sözsüz ki, bu təşəbbüslərin fokus mərkəzində ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafı əsas məqsədi daşıyır. “Qeyd etmək yerinə düşər ki, Mərkəzi Bank rəqəmsal texnologiyalarında, yəni gündəlikdə qeyd etdiyim kimi, rəqəmsal texnologiyaların tətbiqi məsələləri qeyd olunmuşdur,”-deyə Mərkəzi Bank rəsmisi qeyd edib.