ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya ayrılan maliyyə vəsaitlərini kompensasiya etmək məqsədilə Kiyevdən neft və digər təbii resursları almaq niyyətindədir. Trampın sözlərinə görə, Ukrayna və ABŞ artıq bu məsələyə dair razılığa gəlməyə çox yaxındırlar.
“Biz Ukraynadan yalnız neft deyil, həm də ‘hər hansı bir şey’ almaq istəyirik”, – Tramp qeyd edib. O, ABŞ-ın Ukraynaya verdiyi dəstəyi, xüsusən də iqtisadi yardım paketlərini kompensasiya etmək məqsədilə bu resursların alınmasının vacibliyini vurğulayıb.