ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Ukraynaya verdiyi 350 milyard dolların itməsi barədə açıqlama verib.
GDP-nin məlumatına görə Tramp bildirib ki, bu vəsaitin necə xərcləndiyinə dair heç bir mühasibatlıq aparılmayıb və pulların harada olduğu barədə məlumat yoxdur.
“Ukraynaya bu pulları verdik, amma onlar itdi. Harada olduğunu tapmaq lazımdır. Əgər tapılmasa, Ukrayna bu məbləği ödəməlidir,” – deyə Tramp vurğulayıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə əvvəllər verdiyi açıqlamada, ABŞ-dan alınan vəsaitlərin yarısının necə xərcləndiyi barədə məlumatlı olmadığını bildirib. Bu açıqlamalar, Ukraynaya verilən beynəlxalq yardımların şəffaflığına dair yeni suallar doğurub.