ABŞ-ın Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya bir neçə saat ərzində mövqeyini dəyişərək ölkənın strateji neft ehtiyatlarından təxminən 400 milyon barel həcmində ən böyük atılmanı dəstəkləyib.
GDP xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın energetika naziri Rayt “Böyük Yeddilik” (G7) ölkələrindən olan həmkarlarına bildirib ki, bazara genişmiqyaslı müdaxilə hələ tezdir, çünki neft qiymətləri son vaxtlar barel üçün 90 dollar həddindən aşağı düşüb.
Lakin iki saatdan az müddət sonra Vaşinqton “180 dərəcə dönüş” edərək müttəfiqləri neft ehtiyatlarının satışa çıxarılmasını dəstəkləməyə inandırmağa başlayıb. Bu dəyişiklik Trampın öz qərarını fərdi qaydada dəyişdirməsindən sonra baş verib.
Nəticədə Beynəlxalq Enerji Agentliyinə üzv olan 32 ölkə əməliyyatı sürətləndirilmiş qaydada – standart 48 saatlıq müzakirə müddəti olmadan həyata keçirməyə razılıq verib.

