ABŞ-ın sabiq prezidenti Donald Tramp Strateji Neft Ehtiyatından stifadə etməyi planlaşdırdığını bəyan edib.
GDP xəbər verir ki, Tramp çıxışında neft qiymətlərinin gözləniləndən daha sürətlə düşəcəyini iddia edib: “Bazar yaxşı dayanır. Qiymətlər çox əhəmiyyətli dərəcədə enir. Neft düşəcək. Bu, sadəcə müharibə məsələsidir! Bu baş verir!”
Lakin Trampın bu açıqlamasından sonra qlobal bazarlarda əks effekt yaranıb. Dünyanın əsas etalonu hesab edilən Brent neftinin qiyməti 93 dollara qədər yüksəlib. Bu artım bazarlardakı qeyri-müəyyənlik və geosiyasi gərginliklərlə əlaqələndirilir.
Qeyd edək ki, hazırda ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) cəmi 60% həcmində doludur. Ekspertlər bunu son onilliklərlə müqayisədə “tənqidi aşağı səviyyə” kimi qiymətləndirirlər. Məlumata görə, ABŞ ehtiyatlarından çıxarılan neftin bir hissəsi Çinə satılıb. Bu durum ölkədə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.


