ABŞ prezidenti Donald Tramp, Venesuelanın neft hasilatı ilə bağlı ABŞ-la bağladığı müqavilənin şərtlərini yerinə yetirmədiyini və bu səbəbdən müqavilənin 1 mart tarixindən etibarən ləğv ediləcəyini açıqlayıb.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi, Chevron şirkətinə və onun törəmə müəssisələrinə Venesueladan neft hasil etməyə və bu nefti ABŞ-a idxal etməyə icazə verərək, Karakas üzərindəki sanksiyaları yumşaltmışdı. Lakin Tramp, müqavilənin ləğv edilməsinin yalnız neft sazişinin pozulması ilə əlaqədar olmadığını, həm də Karakasın ABŞ-a göndərdiyi miqrantların geri qaytarılmasına dair öhdəliklərini yerinə yetirməməsi ilə əlaqəli olduğunu qeyd edib.