ABŞ prezidenti Donald Trump Avropa İttifaqını sərt şəkildə tənqid edib.
GDP xəbər verir ki, Trump, Aİ-nin ABŞ-ı aldatmaq məqsədilə yaradıldığını vurğulayıb və bu yöndə onların uğur qazandığını bildirib. “Avropa İttifaqı ABŞ-ı aldatmaq üçün yaradılıb. Bu, onun məqsədidir. Və onlar bu işdə yaxşı bacarıblar, amma indi mən prezidentəm”, – deyə Trump qeyd edib.
Prezidentin bu açıqlamaları, ABŞ ilə Avropa İttifaqı arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər.