ABŞ-ın keçmiş prezidenti Donald Trump TikTok-un fəaliyyəti ilə bağlı sövdələşməni imzalayıb.
GDP xəbər verir ki,sənədə əsasən, sosial şəbəkə ABŞ-da tamamilə amerikan şirkətlərinin nəzarətinə keçir.
Qərar çərçivəsində TikTok-un proqram təminatı və alqoritmləri yerli istifadəçilər üçün “təhlükəsiz” hesab edilən versiyaya uyğunlaşdırılacaq. Bununla da platformanın təhlükəsizliyinə dair narahatlıqların aradan qaldırılması nəzərdə tutulur.
Həmçinin, TikTok-un Çində yerləşən ana şirkəti olan ByteDance platforma ilə bütün əlaqələrini itirəcək və onun məlumatlarına istənilən giriş imkanından məhrum ediləcək.
Tədbir əsasən məlumatların təhlükəsizliyi və milli təhlükəsizlik baxımından atılmış addım kimi qiymətləndirilir.