Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə direktor təyin olunub.
GDP xəbər verir ki, Tural İsmayılov Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə direktor təyin edilib.
Məlumata görə, Tural İsmayılov 2024-cü ilin may ayından 2025-ci ilin mart ayına qədər Azərbaycan Mərkəzi Bankında direktor müavini vəzifəsində çalışıb. O, 2012-2014-cü illərdə “NBC Bank”da Biznesin İnkişafı direktoru, həmçinin Strateji Planlaşdırma və Marketinq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Tural İsmayılov təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndislik İqtisadiyyatı və İdarəetmə üzrə bakalavr, Xəzər Universitetində Biznesin İdarə Edilməsi üzrə magistr (MBA), Umeå Universitetində isə İdarəetmə və Marketinq üzrə magistr dərəcəsi alaraq tamamlayıb.