“Turanbank” ASC 2023-cü ili 811 min manat xalis mənfəət ilə başa vurub.
GDP xəbər verir ki, bu barədə bankın 2023-cü il üzrə Beynəlxalq Standartlara uyğun Hazırlanmış Audit olunmuş Maliyyə Hesabatlarında məlumat verilib.
Hesabata görə, “Turanbank” ASC-nin 2023-cü ildə mənfəət vergisindən əvvəlki mənfəəti 1 milyon 148 min manat təşkil edib.
Bildirlir ki, 2023-cü ildə “Turanbank”ın kredit portfeli 2023-cü il ərzində 2022-ci il ilə müqaisədə 72 milyon 633 min manat və ya 13,7% artaraq 602 milyon 630 min manat olub.
Bank 2023-cü ildə 79 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da illik müqaisədə 19 milyon 30 min manat və ya 31,5% çoxdur.
“Turanbank” ASC-nin depozit portefeli 30 milyon 872 min manat və ya 7,1% artaraq 463 milyon 649 min manat təşkil edib.
Müəllif: Aynur Qəniyeva