“Mərkəzi Bank ehtiyatlarını artırmaq üçün dollar almasaydı, lirə bahalaşacaqdı”
GDP xəbər verir ki, bunu “TRT televiziyası”na müsahibəsində Türkiyə Cümhuriyyətinin Maliyyə Naziri Mehmet Şimşək deyib.
Nazir bildirib: “Lirə aktivlərinə artan xarici tələbin fonunda kəskin valyuta gəlirləri risklər gətirəcək”
Şimşək, Mərkəzi Bankın həyata keçirdiyi müəyyən tədbirlər olmasaydı,1 ABŞ dollarının 30 lirədən ucuz məbləğdə möhkəmlənə biləcəyini deyib.
Maliyyə naziri qeyd edib: ” Mərkəzi Bank aprelin ilk iki həftəsində svoplar istisna olmaqla xalis ehtiyat mövqeyini təxminən 49 milyard dollar yaxşılaşdırıb və ölkəyə potensial xarici şoklara qarşı mühüm bufer yaradıb”
Qeyd edək ki, İstanbulda saat 16:25-ə olan məlumata görə, lirə cuzi bahalaşaraq, bir ABŞ dolları üçün 32,21 türk lirəsi olub. Borsa İstanbul bank indeksi 2% artıb.
Müəllif: Aynur Qəniyeva