Türkiyə ilk dəfə olaraq Avropaya təbii qaz ixrac etməyə başladı.
GDP xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra “TRT Haber” telekanalı ilə yayımlanan xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Türkiyənin BOTAŞ şirkəti üç Avropa ölkəsinə qaz ixracına başlayıb: “BOTAŞ şirkəti Bolqarıstan, Macarıstan və Rumıniyaya qaz ixrac etməyə başlayıb.”