“Türkiyə BRICS təşkilatına qoşulmaq niyyətindədir”.
GDP xəbər verir ki, bunu “South China Morning Post” qəzetinə müsahibəsində , bu barədə məlumatı Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
O bildirib: “Bu məsələ təşkilata üzv ölkələrin nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə ediləcək: “Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək, bu il nəyə nail ola biləcəyik”.
Qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.