Türkiyənin Tosyali Holding Group Anqolada polad zavodu tikməyi planlaşdırır.
GDP xəbər verir ki,layihə “Sonangöl” dövlət neft şirkəti ilə birgə müştərək müəssisə vasitəsilə həyata keçirilir ki, onun da 70%-i “Tosyalı Holdinq”ə məxsusdur.
Bu, Kassinqa bölgəsində yerləşən və zavodu filizlə təmin edəcək dəmir filizi mədənini yenidən işə salacaq.
Mədən ehtiyatları təxminən 30% dəmir tərkibli 1 milyard ton filiz olaraq qiymətləndirilir.
Eritmə zavodu paytaxt Luandanın cənubunda yerləşən təxminən 250 min əhalisi olan kiçik Mocamedes şəhərində yerləşəcək. Onun 2027-ci ilin ortalarında istifadəyə veriləcəyi gözlənilir.