Bir qayda olaraq daha inkişaf etmiş ölkələrdə vergi yükü yəni vergilərin Ümumi Daxili Məhsuda(ÜDM) nisbəti daha yüksəkdir. Təsadüfi deyil ki, böyük ölkələr bu göstərici üzrə liderlərdir.
GDP xəbər verir ki, Fransa da vergilərin Ümumi Daxili Məhsulda nisbəti 46%, İtaliyada 43%, Almaniya 39% və Böyük Britaniyada 34% təşkil edir.
Qardaş Türkiyədə ÜDM-də vergilərin payı 21%, Çində 20% təşkil edir ki, bu da bu göstəriciyə görə ilk 4 lüyə daxil olan ölkələrlə müqayisədə aşağıdır.
Azərbaycanda cari ilin ikinci rübünün iktisadi göstəricilərinə görə xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
ABŞ iqtisadiyyatında vergilərin payı 28% ,Cənubi Afrika Respublikasında 27%-dir. Dünyanın irihəcmli iqtisadiyyatları arasında Ümumi Daxili Məhsulda vergilərin payı az olan ölkələrdən 12%-lə Hindistan və Səudiyyə Ərəbistanı 8% -dir.
2024-cü ildə Rusiya G20 ölkələri arasında ən aşağı gəlir vergisinə malik ölkədir və Rusiyada vergi yükü iri iqtisadiyyatlar üçün orta səviyyədən aşağı yəni ÜDM-in 23%-ni təşkil edir.
İnkişaf etmiş ölkələr səviyyəsində vergi yükünün Latın Amerikasının ən böyük ölkələri üçün də xarakterikdir Braziliya iqtisadiyyatında ÜDM -də vergilərin payı 33% Argentina 30% -dir.