Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun sərəncamı ilə qurumda yeni təyinat olub.
GDP xəbər verir ki, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Məlumata görə,1991-ci ildə Bakı şəhərində anadan olan Ü.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə məzunudur. O, bu təyinata qədər Mərkəzi Bankın Sədrin ofisi departamentinin direktoru vəzifəsində çalışıb.
Sərəncam 2025-ci il yanvarın 6-dan qüvvəyə minib.