ABŞ-ın aparıcı maliyyə institutları Argentinanın maliyyə dayanıqlığı ilə bağlı narahatlıqlarını artıraraq investorları ölkədən vəsaitlərini çıxarmağa çağırır.
GDP xəbər verir ki, Uoll-Strit bankları hesab edir ki, ölkədə dollar likvidliyi azalır və xalis valyuta ehtiyatları mənfi səviyyədədir.
Citi, JP Morgan, Barclays, Morgan Stanley, Wells Fargo və Bank of America analitikləri bildirirlər ki, Argentinanın xalis beynəlxalq ehtiyatları mənfi göstəricidədir və bu vəziyyət ölkənin ödəniş qabiliyyəti ilə bağlı riskləri artırır.
Argentina Mərkəzi Bankı rəsmi ehtiyatların 46 milyard dollardan çox olduğunu açıqlasa da, analitiklərin hesablamalarına görə, mövcud öhdəliklər çıxıldıqdan sonra xalis ehtiyatlar təxminən mənfi 15 milyard dollar səviyyəsinə düşür.
Maliyyə qurumları həmçinin qeyd edir ki, ölkədə dollar likvidliyinin azalması və ehtiyatların zəifləməsi Argentinanın borc öhdəliklərini yerinə yetirmək imkanları ilə bağlı əlavə suallar yaradır.

