2024-cü ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2%-i fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
GDP xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid və ya 6,3%, o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid və ya 6,1%, hüquqi şəxslərin sayı 13.810 vahid və ya 7,4% artıb.