Volkswagen Group Çin öz avtomobillərini Rusiya bazarına tədarük etmir.
GDP xəbər verir ki, bu barədə qrup nümayəndəsi məlumat yayımlayıb.
Bu yaxınlarda media Rusiyada Volkswagen avtomobillərinin yenidən peyda olduğunu yazırdı: guya iyul ayında Çin konserni FAW-ın (Alman nəhənginin rəsmi tərəfdaşı) Jetta model çeşidi təqdim olunub.
Volkswagen nümayəndəsi qeyd edib ki, qrup icazəsiz ticarətin qarşısını almaq üçün mümkün olan hər şeyi edir.