Almaniyanın ən böyük avtomobil istehsalçılarından biri olan Volkswagen-də böhran yaşanır.
GDP xəbər verir ki, şirkətin rəhbərliyi 17 milyard avro məbləğində xərcləri azaltmaq qərarı alıb. Bu, bəzi zavodların bağlanması və minlərlə işçinin işdən çıxarılması ilə nəticələnə bilər.
Bu qərarla razılaşmayan işçilər təmsil etdikləri həmkarlar ittifaqı vasitəsilə şirkət rəhbərliyinə ultimatum veriblər. Onlar xərclərin yalnız 1,5 milyard avro azaldılmasına və iş yerlərinin qorunmasına razılıq verirlər. Əks halda, 1 dekabrdan etibarən ölkədə son on illərdə görülməmiş miqyasda ümumi tətilə başlanılacağı barədə xəbərdarlıq edirlər.
Bu vəziyyət Almaniya avtomobil sənayesi üçün ciddi təhlükə yaradır. Çünki Volkswagen kimi böyük bir şirkətdə baş verən belə bir böhran bütün sektora öz təsirini göstərə bilər.