Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüqar Əhmədov uçot dərəcəsinin maliyyə bazarına transmissiyası barədə ətraflı məlumat verib.
GDP -nin məlumatına görə,AMB-nin davamlı şəkildə uçot dərəcəsinin bazara təsirini qiymətləndirir.
Baş direktor qeyd edib ki, uçot dərəcəsi dəyişəndə bir sıra maliyyə göstəriciləri də dəyişir: 1 günlük AZİR indeksi dərhal reaksiya verir, 1 həftəlik AINA AO repo dərəcələri paralel olaraq dəyişir. Transmissiyanın təsirləri göstərir ki, AZİR indeksinin təxminən 1% dəyişməsi qısamüddətli faizlərə 0.3-0.6% təsir göstərir, uzunmüddətli fazilələrdə isə hüquqi şəxslərin depozit faizlərinə təxminən 0.2-0.4% təsir edir.
V.Əhmədov vurğulayıb ki, bu göstəricilər ilk dəfə olaraq Mərkəzi Bankın faiz dəhlizinə daxil olduğundan dinamik xarakter daşıyır və əmsallar bir qədər dəyişkəndir. Banklar arasında aparılan sorğular göstərir ki, qərar qəbulu prosesində maliyyə təşkilatları 1 günlük AZİR indeksinə mühüm amil kimi baxırlar.
“Bütün bu müsbət irəliləyişlər onu deməyə əsas verir ki, transmissiyamız artıq işləyir”, – deyə AMB Baş direktoru qeyd edib.