WhatsApp tətbiqinin (ana şirkəti Meta) metadatalarının İsrailin hərbi süni intellekt sistemi ilə əlaqəli şəkildə istifadə edildiyi iddiası beynəlxalq mediada geniş rezonans doğurub.
GDP xəbər verir ki, 972 Magazine nəşrinin yaydığı araşdırmaya görə, İsrailin “Lavender” adlı süni intellekt sistemi Lavender AI systemWhatsApp metadatalarından istifadə edərək Qəzzada yaşayan şəxsləri müəyyən meyarlara əsasən qiymətləndirir. Bildirilir ki, sistem 2,3 milyon nəfər üzrə döyüş fəaliyyətində iştirak ehtimalını analiz edir və nəticələrə əsasən potensial hədəflər siyahısı formalaşdırır.
Məlumata görə, əsas məlumat mənbələrindən biri şübhəli hesab edilən şəxslərin üzv olduqları WhatsApp qrupları barədə informasiyadır. İddialarda qeyd olunur ki, proses minimal insan müdaxiləsi ilə həyata keçirilir və operatorlar hər hədəf üzrə qısa müddətli baxışdan sonra qərarı təsdiqləyirlər. Nəşr alqoritmik səhvlərin mülki şəxslərin həlak olması ilə nəticələnə biləcəyini vurğulayır.
Araşdırmada həmçinin WhatsApp-ın metadataları — yerləşmə məlumatları, istifadə olunan cihazlar, kontakt şəbəkəsi və mesajlaşma tezliyi kimi informasiyaları — ana şirkət Meta ilə paylaşdığı bildirilir. Bu tip məlumatların məzmunu deyil, lakin əlaqə və davranış modellərini əks etdirdiyi qeyd olunur.
Eyni materialda Meta-nın İsrail kəşfiyyat strukturlarında, o cümlədən 8200 bölməsində xidmət etmiş keçmiş əməkdaşları işə cəlb etdiyi də iddia edilir.
Mossad və Meta tərəfindən məsələ ilə bağlı rəsmi mövqe açıqlanmayıb. Mövzu ilə bağlı beynəlxalq hüquq, məlumat təhlükəsizliyi və rəqəmsal məxfilik çərçivəsində müzakirələr davam edir.

