Xalq Bankın 2025-ci il maliyyə nəticələrinin 2024-cü illə müqayisəsi göstərir ki, bank gəlir və balans həcmini artırsa da, artan maliyyələşmə və əməliyyat xərcləri fonunda xalis mənfəət üzrə geriləmə qeydə alınmışdır. 2025-ci ildə bankın xalis mənfəəti 61 081,04 min manat olmuşdur.
GDP Xalq Bankın 2025-ci il maliyyyə hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ildə qeydə alınmış 65 721,31 min manat ilə müqayisədə 4 640,27 min manat və ya 7,06% azalma deməkdir. Xalis mənfəətin azalması əsasən faiz xərclərinin kəskin artımı və qeyri-faiz xərclərinin genişlənməsi ilə əlaqədardır.
Xalq Bankın faiz gəlirləri üzrə dinamika müsbət olmuşdur. Belə ki, 2024-cü ildə 183 965,11 min manat təşkil edən faiz gəlirləri 2025-ci ildə 228 641,00 min manata yüksəlmiş, artım 44 675,89 min manat və ya 24,28% olmuşdur. Bu artımın əsas mənbəyi kredit portfeli və banklararası yerləşdirmələrdir.
Kreditlər üzrə faiz gəlirləri 130 925,85 min manatdan 149 768,43 min manata yüksələrək 18 842,58 min manat və ya 14,39%, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 16 626,30 min manatdan 31 816,83 min manata qalxaraq 15 190,53 min manat və ya 91,36% artmışdır. Bununla yanaşı, qiymətli kağızlar üzrə faiz gəlirləri 27 149,49 min manatdan 20 130,41 min manata enmiş, 7 019,08 min manat və ya 25,85% azalma qeydə alınmışdır. Digər faiz gəlirləri isə 2 692,15 min manatdan 20 072,32 min manata yüksəlmiş və 17 380,17 min manat və ya 645,57% kəskin artıb.
Xalq Bankın faiz gəlirlərindəki artıma baxmayaraq, faiz xərcləri daha sürətli artmışdır. 2024-cü ildə 50 143,32 min manat olan faiz xərcləri 2025-ci ildə 97 362,84 min manata yüksələrək 47 219,52 min manat və ya 94,17% artmışdır. Xüsusilə depozitlər üzrə faiz xərcləri 35 262,82 min manatdan 75 935,61 min manata qalxmış, artım 40 672,79 min manat və ya 115,34% olmuşdur. Banklar və digər maliyyə institutlarından cəlb olunan kreditlər üzrə faiz xərcləri 8 321,26 min manatdan 11 485,02 min manata yüksələrək 3 163,76 min manat və ya 38,02%, banklar və digər maliyyə institutlarının depozitləri üzrə faiz xərcləri isə 4 635,88 min manatdan 7 538,38 min manata artaraq 2 902,50 min manat və ya 62,60% təşkil etmişdir. Nəticədə xalis faiz gəliri 133 821,79 min manatdan 131 278,16 min manata enmiş, 2 543,63 min manat və ya 1,90% azalma qeydə alınmışdır ki, bu da faiz marjasının daraldığını göstərir.
Xalq Bankın 2025-ci il ərzində qeyri-faiz gəlirləri 2025-ci ildə müsbət dinamika nümayiş etdirmişdir. Belə ki, qeyri-faiz gəlirləri 42 816,10 min manatdan 52 336,91 min manata yüksələrək 9 520,81 min manat və ya 22,23% artmışdır. Komisyon gəlirləri 26 843,97 min manatdan 30 162,24 min manata qalxaraq 3 318,27 min manat və ya 12,36% artım göstərmişdir. Valyuta əməliyyatlarından xalis gəlir 9 940,01 min manatdan 13 031,95 min manata yüksələrək 3 091,94 min manat və ya 31,11% artmışdır. Bu artım əsasən valyutanın yenidən qiymətləndirilməsindən əldə olunan gəlirlərin 3 359,46 min manatdan 7 824,74 min manata yüksəlməsi, yəni 4 465,28 min manat və ya 132,92% artımı hesabına baş vermişdir. Bununla yanaşı, valyuta ticarətindən gəlir 6 580,55 min manatdan 5 207,21 min manata enərək 1 373,34 min manat və ya 20,87% azalmışdır. İştirak paylarının və qiymətli kağızların satışından gəlir 920,28 min manatdan 6 531,25 min manata yüksələrək 5 610,97 min manat və ya 609,66% kəskin artım göstərmiş, digər gəlirlər isə 5 111,84 min manatdan 2 611,47 min manata düşərək 2 500,37 min manat və ya 48,91% azalmışdır.
Xalq Bankın qeyri-faiz xərcləri isə 2025-ci ildə artmışdır. Ümumi qeyri-faiz xərcləri 99 474,20 min manatdan 115 096,90 min manata yüksələrək 15 622,70 min manat və ya 15,71% artmışdır. Əmək haqqı və kompensasiya xərcləri 48 693,84 min manatdan 58 139,87 min manata qalxmış, 9 446,03 min manat və ya 19,40% artım qeydə alınmışdır. Ümumi və inzibati xərclər 11 174,03 min manatdan 11 612,60 min manata yüksələrək 438,57 min manat və ya 3,93% artmışdır. Köhnəlmə xərcləri 7 687,15 min manatdan 7 592,38 min manata enmiş və 94,77 min manat və ya 1,23% azalma göstərmişdir. Digər xərclər isə 31 919,18 min manatdan 37 752,05 min manata yüksələrək 5 832,87 min manat və ya 18,27% artmışdır. Bu göstəricilər bankın əməliyyat yükünün artdığını göstərir.
Xalq Bankın 2025-ci il risklər üzrə ehtiyatlarına gəldikdə, mümkün zərərlər üçün ehtiyatlar –5 503,86 min manatdan –6 340,09 min manata yüksəlmiş, yəni 836,23 min manat və ya 15,20% (mütləq ifadədə) artmışdır. Bu, bankın kredit risklərinə qarşı daha ehtiyatlı yanaşdığını göstərir. Vergidən əvvəl mənfəət 82 667,55 min manatdan 74 858,26 min manata enərək 7 809,29 min manat və ya 9,45% azalmış, mənfəət vergisi isə 16 946,24 min manatdan 13 777,22 min manata düşərək 3 169,02 min manat və ya 18,70% azalmışdır. Nəticədə xalis mənfəət üzrə qeyd edilən 7,06%-lik geriləmə formalaşmışdır.
Xalq Bankın balans göstəricilərinə baxdıqda görünür ki, bankın aktivləri 2025-ci ilin sonunda 3 068 845,77 min manatdan 3 184 466,67 min manata yüksələrək 115 620,90 min manat və ya 3,77% artmışdır. Nağd vəsaitlər 48 978,53 min manatdan 50 846,78 min manata yüksəlmiş, 1 868,25 min manat və ya 3,81% artım qeydə alınmışdır. Mərkəzi Bankdakı müxbir hesablar 205 744,67 min manatdan 107 402,56 min manata enmiş, 98 342,11 min manat və ya 47,80% azalma baş vermişdir.
Bunun əvəzində “Nostro” hesabları 342 162,32 min manatdan 494 942,76 min manata yüksələrək 152 780,44 min manat və ya 44,65%, banklardakı depozitlər isə 115 710,00 min manatdan 233 448,50 min manata qalxaraq 117 738,50 min manat və ya 101,75% artmışdır. Qiymətli kağızlar portfeli 285 506,02 min manatdan 218 101,97 min manata enmiş, 67 404,05 min manat və ya 23,61% azalma qeydə alınmışdır. Müştərilərə verilən kreditlər (brüt) 1 887 236,02 min manatdan 1 847 435,29 min manata düşərək 39 800,73 min manat və ya 2,11%, xalis kreditlər isə 1 846 715,97 min manatdan 1 802 455,51 min manata enərək 44 260,46 min manat və ya 2,40% azalmışdır. Kredit ehtiyatları 40 520,05 min manatdan 44 979,78 min manata yüksəlmiş və 4 459,73 min manat və ya 11,01% artmışdır.
Xalq Bankın 2025-ci ildə öhdəliklər üzrə cəmi məbləğ 2 557 855,57 min manatdan 2 642 014,84 min manata yüksələrək 84 159,27 min manat və ya 3,29% artmışdır. Müştəri depozitləri 1 905 362,97 min manatdan 1 921 264,42 min manata qalxmış, 15 901,45 min manat və ya 0,83% artım qeydə alınmışdır. “Loro” hesabları 18 671,01 min manatdan 33 193,17 min manata yüksələrək 14 522,16 min manat və ya 77,77% artmışdır. Repo öhdəlikləri 104 900,00 min manatdan 0,00-a enərək tamamilə sıfırlanmışdır. Banklar və digər maliyyə institutlarının depozitləri 239 775,47 min manatdan 360 537,65 min manata yüksələrək 120 762,18 min manat və ya 50,37%, digər maliyyə institutlarının kreditləri isə 252 110,46 min manatdan 267 931,44 min manata qalxaraq 15 820,98 min manat və ya 6,27% artmışdır. 2025-ci ildə əlavə olaraq 120 000,00 min manat məbləğində buraxılmış qiymətli kağızlar maliyyələşmə mənbəyi kimi formalaşmışdır.
Xalq Bankın 2025-ci il ərzində kapital göstəricilərinə gəldikdə, xüsusi kapital 482 060,09 min manatdan 516 482,36 min manata yüksələrək 34 422,27 min manat və ya 7,14%, cəmi kapital isə 510 990,20 min manatdan 542 451,83 min manata qalxaraq 31 461,63 min manat və ya 6,16% artmışdır. Bununla yanaşı, ümumi ehtiyatlar 28 930,12 min manatdan 25 969,47 min manata enmiş və 2 960,65 min manat və ya 10,23% azalma qeydə alınmışdır.
Ümumilikdə, 2025-ci ildə Xalq Bankın maliyyə nəticələri göstərir ki, bank faiz gəlirlərini 24,28% artırsa da, faiz xərclərinin 94,17% yüksəlməsi nəticəsində faiz marjası daralmış və xalis faiz gəliri 1,90% azalmışdır. Qeyri-faiz gəlirlərin 22,23% artımı və kapitalın 6,16% güclənməsi bankın ümumi dayanıqlığını dəstəkləsə də, artan maliyyələşmə dəyəri və əməliyyat xərcləri mənfəətliliyə təzyiq göstərmişdir. Aktiv və öhdəlik strukturunda likvidlik yönümlü dəyişikliklər və maliyyələşmə mənbələrinin diversifikasiyası müşahidə olunur.
Müəllif:Aynur Qəniyeva

