Xiaomi, 2025-ci ilin ikinci rübündə xalis mənfəətini 2,3 dəfə artırıb, bununla yanaşı maliyyə göstəriciləri və gəlir rekord həddə çatıb.
GDP xəbər verir ki,şirkətin mətbuat relizində qeyd olunur ki, apreldən iyuna qədər xalis mənfəət 11,87 milyard yuan (1,65 milyard ABŞ dolları) təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 5,07 milyard yuan ilə müqayisədə kəskin artım deməkdir. Birdəfəlik amillər nəzərə alınmadan mənfəət isə 1,8 dəfə artaraq 10,8 milyard yuan olub.
Xiaomi-nin rüblük gəliri 30,5% artaraq 116 milyard yuan təşkil edib.
Visible Alpha tərəfindən sorğu edilən analitiklər şirkətin xalis mənfəətini orta hesabla 9,04 milyard yuan, gəlirini isə 88,89 milyard yuan səviyyəsində proqnozlaşdırırdılar. LSEG mütəxəssislərinin konsensus-proqnozu isə düzəldilmiş mənfəət üzrə 10,1 milyard yuan idi.