Pərakəndə ticarət və tibbi xidmətlər üzrə ƏDV-nin geri qaytarılması 2024-cü ilin ilk 7 ayında 103 milyon manat təşkil etmişdirsə, 2025-ci ildə bu məbləğ 108 milyon 600 min 400 manata yüksəlmişdir. Bu isə əvvəlki illə müqayisədə 5 milyon 600 min 400 manat və ya 5,44% artım deməkdir
GDP Dövlət Vergi Xidmətinin yayımladığı məlumata ostinadla xəbər verir ki,yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı geri qaytarılan ƏDV-nin həcmi 2024-cü ildə 11 milyon 169 min 200 manat olduğu halda, 2025-ci ilin eyni dövründə 17 milyon 693 min 300 manata çatmışdır. Bu göstərici üzrə 6 milyon 524 min 100 manat və ya 58,43-ə artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə/tibbi xidmətlər və yaşayış sahələri üzrə 2025-ci ildə cəmi 12 milyon 124 min 500 manat həcmində artım qeydə alınmışdır. Bu göstəricilər arasında ən yüksək dinamika, 58,43 faiz artımla yaşayış sahələrinə dəstək proqramındamüşahidə olunmuş, bu da layihənin geniş təsir imkanlarını və vətəndaşların artan marağını əks etdirmişdir. Digər tərəfdən, pərakəndə və tibbi xidmətlər üzrə sabit artım, 5,44 faiz səviyyəsində olmuş və “ƏDV geri al” mexanizminin iqtisadi fəallığa müsbət təsirini nümayiş etdirmişdir.