“Yelo Bank” ASC 2024-cü ilin ilk 9 ayını (yanvar-sentyabr) 35 milyon 63 min manat xalis mənfəət ilə başa vurub ki, bu da bankın mənfəətinin illik müqaisədə 2,5 dəfə və ya 21 milyon 267 min manat arttığının göstərisidir.
GDP xəbər verir ki, hesabat dövründə “Yelo Bank” -ın kredi portfeli 133 milyon 589 min manat və ya 17,5% artaraq 897 milyon 898 min manat təşkil edib.
“Yelo Bank”ın depozit portreli (cəmi depozitlər) 2023-cü ilin dekarın sonu ilə müqaisədə 450 milyon 497 min manat azalaraq 841 milyon 527 min manata enib.
Bankda hüquqi şəxslərin depozitləri 516 milyon 566 min manat azalaraq 204 milyon 29 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri 66 milyon 70 min manat artaraq 637 milyon 497 min manata qədər qalxıb.
“Yelo Bank”ın faiz gəlirləri 2024-cü ilin 9 ayı ərzində illik müqaisədə 31 milyon 887 min manat və ya 3.4 dəfə artaraq 112 milyon 856 min manat yüksəlib
Bankın qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövdü ilə müqaisədə 3,4 dəfə artaraq 24 milyon 395 min manat təşkil edib.
Bu ilin oktyabrın 1-nə olan göstəricilərə görə “Yelo Bank”ın cəmi aktivləri 388 milyon 722 min manat azalaraq 1 milyard 177 milyon 731 min manat olub.
30 Sentyabr 2024-cü il tarixində “Yelo Bank” ASC -inin məcmu kapitalı 2023-cü ilin dekar ayının 31-inə olan göstərici ilə müqaisədə 30 milyon 223 min kanat artaraq 139 milyon 985 min manat məcmu kapitala malik olub.