İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə 2024-cü ildə ölkə üzrə 95.741 ədəd yeni nəsil NKA quraşdırılıbsa, 2025-ci ildə bu rəqəm 110.518-ə yüksəlib.
GDP xəbər verir ki, bu, 14.777 ədəd və ya 15,4 faiz artım deməkdir. Artım tempi göstərir ki, sahibkarlar arasında yeni texnologiyaya keçid prosesi sürətlənir və bu da uçot və hesabatlılığın keyfiyyətinə müsbət təsir göstərir.
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyədə də nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, 2025-ci ildə bu aparatlarla rəsmiləşdirilən dövriyyə 28 milyard 162 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3 milyard 600 milyon manat və ya 14,8 faiz çoxdur.

