İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2024-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında yeni qeydiyyata alınan şirkətlərin sənaye zonalarına yatırılacaq investisiyalar və yaradılacaq iş yerləri barədə məlumat verib.
GDP xəbər verir ki, Seymur Adıgözəlovun sözlərinə görə, yeni şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiya yatırılması nəzərdə tutulub. Bununla yanaşı, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
Qurulacaq müəssisələrdə müxtəlif sahələrdə məhsulların istehsalı həyata keçiriləcək. Bunlar arasında dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatları və müxtəlif tikinti materialları yer alacaq.
Bu investisiyalar və iş yeri yaradılması, ölkənin sənaye potensialının güclənməsi, həmçinin yerli istehsalın inkişafı üçün mühüm addımlar olacaq.