Zəngəzur dəhlizi 2028-2029-cu illərdə işə salına bilər.
GDP xəbər verir ki, Türkiyənin İnfrastruktur və Nəqliyyat Naziri Əbdülqadir Uraloğlu TGRT Haber-ə müsahibəsində Qars və İğdır arasında dəmir yolunun tikintisinə ilin sonunda başlanılması və 5 il ərzində başa çatdırılmasını bildirib.
Əbdülqadir Uraloğlu onu da qeyd edib ki, Naxçıvanla Zəngilan arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il davam edə bilər.
O bildirib: “Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün mühüm alternativ olacaq”
Uraloğlu dəhlizin İran ərazisindən keçə biləcəyini istisna etməyib.
Nazir bildirib ki, dəhlizin müəyyən hissələri həm İrandan, həm də Ermənistandan keçə bilər.
Trending
- Azərbaycanda vergi ödəyicilərinin sayı artsa da artım tempi zəifləyir, xarici investisiyalı şirkətlər çoxalır, yerli investisiyalılar isə azalır
- SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
- “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan: “Azərbaycan bazarındakı pərakəndə ticarət işi çox rentabelli deyil”- Eksklüziv
- “Nar” Gəncədə növbəti regional mağazasını təqdim edib
- Dövlət Vergi Xidməti vergi və sosial sığorta qanunlarında edilən dəyişikliklər haqqında sahibkarlar və ekspertlər üçün təqdimat təşkil edib
- Tesla səhmləri robotaksi sınaqları və perspektivləri ilə bağlı xəbərlər əsasında tarixi rekord yenilədi
- ABŞ-da 1 sentlik sikkənib buraxılışı dayandırılıb, son nüsxəsi rekord qiymətə satılıb
- Azərbaycanda elektron siqaretlər qadağan olunur

