Close Menu
    What's Hot

    Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB

    12 Mart 2026

    Tramp administrasiyası neft ehtiyatlarından rekord həcmdə atılmanı dəstəkləyib – KİV

    12 Mart 2026

    Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

    12 Mart 2026
    Trending
    • Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB
    • Tramp administrasiyası neft ehtiyatlarından rekord həcmdə atılmanı dəstəkləyib – KİV
    • Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi
    • İran hakerləri ABŞ-ın tibb şirkətinə hücum etdi
    • YouTube 62 milyard dollarla ənənəvi medianı geridə qoydu
    • Tramp neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb: Qiymətlər 93 dollara yüksəlib
    • Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib
    • Bank Respublika-nın rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

      12 Mart 2026
      Recent

      Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

      12 Mart 2026

      Bank Respublika-nın rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb

      11 Mart 2026

      Murad Süleymanov: “Əminəm ki,”PAŞA Bank”ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq”

      11 Mart 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib

      11 Mart 2026

      SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib

      11 Mart 2026

      Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb

      04 Mart 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub

      10 Mart 2026

      Brent nefti 92,89 dollara qədər ucuzlaşıb

      10 Mart 2026

      ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı

      10 Mart 2026

      Trampın İran açıqlaması nefti kəskin ucuzlaşdırdı – Qiymət 85 dollaradək düşüb

      10 Mart 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib

      11 Mart 2026

      SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib

      11 Mart 2026

      Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub

      10 Mart 2026

      Brent nefti 92,89 dollara qədər ucuzlaşıb

      10 Mart 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB

      12 Mart 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB

      12 Mart 2026

      YouTube 62 milyard dollarla ənənəvi medianı geridə qoydu

      12 Mart 2026

      OPEC: Azərbaycan neft hasilatı kvotadan 93 min barel az olub

      11 Mart 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Zakir Nuriyev: “Ani Ödənişlər Sisteminin imkanlarından daha effektiv istifadə edilməlidir”
    Bank

    Zakir Nuriyev: “Ani Ödənişlər Sisteminin imkanlarından daha effektiv istifadə edilməlidir”

    19 Noyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir.

    GDP xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

    “Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır”, – deyə o qeyd edib.

    Bundan başqa, Z.Nuriyev deyib ki, diqqəti çəkən digər bir məqam isə card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır: “İnkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir. Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılmasını yüksək qiymətləndiririk”.

    “Hesab edirik ki, islahatların davamı olaraq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Bu tip şəbəkədə aparılan əməliyyat dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı, lisenziya tələbi tətbiq edilərək əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb edilməsi təmin edilməlidir. Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla “sandbox” rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcəkdir. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər”, – deyə sədr qeyd edib.

    Onun sözlərinə görə, banklar aparılan bu islahatlardan birbaşa faydalanan olmaqla yanaşı, proseslərin də davamlı dəstəkçisidir: “Belə ki, ABA və üzv təşkilatlar bu il region olaraq Qarabağdan Naxçıvana, istiqamət olaraq təchizat zəncirinin maliyyələşdirilməsindən fraud hallarının qarşısının alınmasına, sindikat kreditləşməsindən dövlət qurumlarının məlumat bazalarına inteqrasiyaya qədər 50-dən çox tədbirin yer aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət planına və layihəyə aktiv şəkildə töhfə verməyə çalışıb. Azərbaycan Mərkəzi Bankı (AMB) və maliyyə assosiasiyalarının birgə işçi qrupu çərçivəsində bank sektoru icra üçün bir çox tədbir müəyyən edib və indiyə qədər siyahı üzrə 58 tədbirin icrasını yekunlaşdırıb, bir çoxunun icrası da davam etməkdədir. Bunlardan biri də AMB, Elm və Təhsil Nazirliyi, ABA, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi ilə təşkil edilən “Maliyyə Savadlılığı Viktorinası”dır. Fürsətdən istifadə edərək, 13–15 yaşlı məktəblilər arasında keçirilməkdə olan bu viktorinaya övladlarınızı və yaxınlarınızı dəvət edir və bütün iştirakçılara uğur arzu edirəm”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

    12 Mart 2026

    Bank Respublika-nın rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb

    11 Mart 2026

    Murad Süleymanov: “Əminəm ki,”PAŞA Bank”ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq”

    11 Mart 2026

    “PAŞA Bank” IPO üçün 3 broker şirkəti ilə saziş imzalayıb

    11 Mart 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.