Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 100 şəhid ailəsi ziyarət olunub.
Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Quba və Qusar rayonları üzrə II Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Görüşlər zamanı ailələrə Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim olunub.









